3 C
Baku
Saturday, December 14, 2024

“BOKT İcraçı Kredit Agentliyi”nin kredit portfeli azalıb

Bu il yanvarın 1-nə “İcraçı Kredit Agentliyi”nin aktivləri 1 milyon 312 min manat olub ki, bu da illik müqayisədə 31% azdır. Bunun 915 manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-nin kredit portfeli 2.5% kiçilib.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin öhdəlikləri 75.4% azalaraq 140 min manata, balans kapitalı isə 12% azalaraq 1 milyon 172 min manata düşüb.

Ötən il “İcraçı Kredit Agentliyi”nin bölüşdürülməmiş mənfəəti 161 min manat və ya 17% azalaraq 803 min manata enib.

Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 272 min manatdır.

kr

Son xəbərlər
Digər xəbərlər