19 C
Baku
Thursday, April 24, 2025

BOKT idarəetmə formasını dəyişdi, yeni rəhbər təyin edildi

Ban olmayan kredit təşkilatı “KREDEX” QSC-də rəhbərlik strukturu dəyişib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığınağının qərarı ilə indiyə qədər kollegial idarəetmə sistemində olan BOKT bundan sonra təkbaşına rəhbərlə idarə olunacaq.

İdarə Heyətinin sədri vəzifəsini Xəlilzadə Mikayıl Salamat oğlu vəzifəsindən ayrılıb və indiyə qədər İdarə Heyətinin üzvü olan Baxışov Namiq Məmməd oğlu bundan sonra BOKT-yə təkbaşına rəhbərlik edəcək.

Xatırladaq ki, BOKT “Kredex” QSC 2013-cü ildə yaradılıb və nizamnamə kapitalı 300 min manatdır.

Son xəbərlər
Digər xəbərlər