5 C
Baku
Saturday, December 14, 2024

BOKT “İnternational” dörd investordan 1 mln. borc cəlb edib

8 fevral, 2024-cü il tarixində Bakı Fond Birjasında BOKT “İnternational” ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1 000 manat olan AZ2012021021 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Bu barədə Banker.az-a BFB-dən bildirilir.

Hərrac zamanı 4 investor tərəfindən qiyməti intervalı 1000 (18%) manat və 1,002 (17.94%) manat olan 4 sifariş təqdim edilmişdir. İstiqrazların kəsmə qiyməti 1000 (18%) manat, orta ölçülmüş qiyməti 1000.0185 (17.9940%) manat olaraq müəyyən edilmişdir. İstiqrazların illik faiz dərəcəsi 18%, faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,097,000 manat, yerləşdirilmiş həcmi isə 1,000,000 manat təşkil edilmişdir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 08.02.2029-cu ildir.

Son xəbərlər
Digər xəbərlər