BOKT “İnternational” ASC 2022-ci il üzrə bölüşdürülməmiş mənfəətindən səhmdara 867.14 min manat dividend elan edib.
Bu barədə BOKT-nin illik audit hesabatında qeyd edilir.
Hesabata görə, 2022-ci ili BOKT 1 milyon 530.03 min manat xalis mənfəət əldə edib. 1 yanvar 2023-cü il tarixinə BOKT-nin bölüşdürülməmiş mənfəəti 1 mln. 46.91 min manat olub.
Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 5 mln. manat nizamnamə kapitalı var. Kapitalında 100% payçı Rifat Həsənovdur.