6 C
Baku
Saturday, December 14, 2024

BOKT itirilmiş kapital mövqeyinin bir hissəsini bərpa edib

İlin ilk yarımilində nizamnamə kapitalı kəskin endirilmiş “Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, BOKT-nin nizamnamə kapitalı 1 138 600 manatdan 1 238 600 manata qədər yüksəldilib.

Bu da son əməliyyat zamanı kapitalın  100 000 manat və ya 8.8% artımıdır.

Qeyd edək ki, 1 il öncə BOKT-nin nizamanmə kapitalı  1 650 000 manatdan 448 600 manata endirilsə də, cari ilin sentyabr, oktyabr və noyabr aylarında yüksəldilmişdi. Bu müddətdə BOKT-nin rəhbərliyi də dəyişdirilib.

Xatırladaq ki, BOKT 2014-cü ildən fəaliyyətdədir və onun nizamnamə kapitalının 100%-i İlqar Əhmədzadə (01.01.2023-cü il tarixinə) adlı iş adamına məxsusdur.

BOKT-nin direktoru İradə İbrahimova Hafiz qızıdır.

 

Son xəbərlər
Digər xəbərlər