Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) borclu vəsaitlərinin həcmini 1 oktyabr tarixinə 71.9 mln. manat olub. Bu da son rübdə 11.3 mln. manat və ya 14 faiz azalma deməkdir. Bankların 2020-ci ildən borclu vəsaitlərindən tədricən uzaqlaşdığı rəqəmlərdə özünü göstərməkdədir.
Bildiyimiz kimi BOKT-lar bu vəsaitləri bank, maliyyə qurumları və ya qiymətli kağızlar bazarından emissiya etdiyi qiymətli kağızlar üzrə vəsaiti əsas fəaliyyət istiqaməti olan müştəri kreditlərinə yönəldirlər. Hazırda isə BOKT-lar ölkəmizdə iqtisadi zəiflik səbəbindən hədəfə aldıqları müştərilərə kredit təqdim etməkdə çətinlik çəkir. Çünki əksərəriyyəti istehlak krediti üzrə müştərilər axtarışındadır.
BOKT-lar son rübdə bank kreditlərini daha çox azaldıb. Bu portfel ilin 3-cü rübü (R3, 2020) ərzində bank kreditləri üzrə portfelini 10 mln. manat, yəni, 18 faiz azaldaraq 45.9 mln. manata qədər azaldıblar. Bildirməliyik ki, ötən ilin 3-cü rübündə bu rəqəm 49.3 mln. manat, ilin əvvəli isə 46.2 mln. manat idi.
Lakin, digər vəsait cəlbi üçün nəzərdə tutulan qiymətli kağızlar bazarında son rübdə artım müşahidə edilsə də, bu öncəki ilin eyni dövrü ilə müqayisədə 7 mln. manata yaxın azdır. Hazırda 1 oktyabr tarixinə 23 mln. manat qiymətli kağızlar üzrə portfel mövcuddur.