Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları borclarının böyük hissəsini 2021-ci ilin ilk rübündə qaytarıb, qiymətli investisiya kağızı emissiya etməklə borclanırlar.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Burada dövlətə məxsus olan “Aqrarkredit BOKT” QSC-nin göstəriciləri istisna ilə hesablanır.
BOKT-ları öhdəliklərində olan borcdan son üç ay ərzində 27.4 milyon, yəni 31.4%-ni geri qaytarıblar.
Bank olmayan kredit təşkilatları əsasən bankların deyil, digər maliyyə institutlarının borclarını qaytarmağa çalışıblar. Bank borclarından 19.1%-ni qaytarmaqla 37.3 milyon manata, digər maliyyə institutlarına olan borcun isə 45.2%-ni geri almaqla 22.6 milyon manata qədər azaldıb.
Əvəzində isə BOKT-lar qiymətli kağızlar üzrə öhdəliklərinin həcmini 38% artırmaqla 33.2 milyon manata qədər artırıblar.
Qeyd edək ki, ilin yanvar-mart aylarında BOKT-lar tərəfindən 2.5 milyon manatlıq faiz öhdəliyi üzrə xərclər ödəyiblər.