Hazırda ölkəmizdə Banklarla yanaşı Bank olmayan kredit təşkilatları da fəaliyyət göstərir. BOKT-lar ucqar regionlarda daha çevik hərəkət edir və əhalinin kreditləşməsində mühüm rol oynayır.
Bu dəfə isə sizə Bank Olmayan Kredit təşkilatlarının kredit portfellari haqqında hazırlanmış reytinqi təqdim edirik. Reytiq AMFA –nın hazırladığı bullitenin oktyabr ayına olan göstəricilərinə əsasən yazılıb.
Ümumiyyətlər BOKT-lar xüsusi razılıq, yəni lisenziya əsasında fəaliyyət göstərən və kreditlərin verilməsini həyata keçirən kredit təşkilatıdır. BOKT-lar ötən əsrin sonlarında yaransa da geniş yayılmışdır. Mərkəzi Bank tərəfindən BOKT-lar haqqında qanun təsdiqləndikdən sonra BOKT-ların inkişafı sürətlənmişdir.
Mərkəzi Bankın statistikasına əsasən deyə bilərik ki, hazırda ölkədə 160 BOKT fəaliyyət göstərir. Lakin reytinqdə ən aktiv və kredit portfeli daha böyük olan kredit təşkilatları yer alıb.
Həmçinin reytinqdə Bank olmayan kredit təşkilatlarının mikro kredit portfeli ilə yanaşı işçi heyəti haqqında məlumat da yer alıb.