Son illərdə zərərdə olan BOKT “Caspian Invest” MMC-nin İdarə Heyətinə daha bir təyinat olub.
Banker.az xəbər verir ki, Ümumi Yığıncağın qərarına əsasən, Lalə Verdiyeva Əsəd qızı İdarə Heyətinin üzvü seçilib.
Qeyd edək ki, BOKT-nin İdarə Heyətinin sədri İbrahim Salmanov Elşən oğludur (səhmdar), digər üzvü isə Əziz Əzizzadə Emil oğludur.
Xatırladaq ki, “Caspian Invest” MMC (2010-cu ilədək BOKT “Dayaq-Kredit”) 2004-cü ildə təsis edilib və 4,325 mln. manat nizamnamə kapitalı var. Kapitaldakı payçılar Azərbaycan Respublikası vətəndaşları olan Nurlan Şərifov Hikmət oğlu (50%) və İbrahim Salmanov Elşən oğlu (50%) adlı fiziki şəxslərdir.
BOKT-nin 2023-cü ildə gəlirləri xərclərini qarşılaya bilmədiyindən 358 min manat zərər etmişdi.