-1 C
Baku
Saturday, December 14, 2024

Bolqarıstan və Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Macarıstan hökuməti iyunun 30-dək Ukraynadan idxalı müvəqqəti qadağan olunan kənd təsərrüfatı məhsullarının siyahısını razılaşdırıb. Bolqarıstan hökuməti də Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymaq qərarına gəlib.

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri İştvan Nagy bildirib ki, qadağa dənli bitkilər, günəbaxan tumu, un, bitki yağı, bal və bəzi ət məhsullarına şamil edilir. Onun sözlərinə görə, Ukraynadan gələn yüklərin monitorinqi üçün əlavə tədbirlər görüləcək.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Xatırladaq ki, aprelin 15-də Macarıstan və Polşa Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Oxşar tədbirlər Slovakiya hakimiyyəti tərəfindən də həyata keçirilib. Avropa Komissiyası bu ölkələrin qəbul etdiyi qərarları tənqid edib. Polşa hakimiyyət orqanları Ukraynadan yalnız səyahətçilərin şəxsi ehtiyacları üçün ərzaq idxalına icazə verildiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər