6 C
Baku
Sunday, December 15, 2024

Bolqarıstan xarici işlər naziri vəzifəsindən azad edilib

Bolqarıstan xarici işlər naziri Nikolay Milkov tutduğu vəzifədən azad edilib.

Ölkə Prezidenti Rumen Radevin müvafiq fərmanı Bolqarıstan parlamentinin rəsmi nəşrində (Държавен вестник) dərc edilib.

Digər bir fərmana əsasən, ölkənin texniki hökumətinin xarici işlər naziri Nikolay Milkov vəzifəsindən azad edilərək Bolqarıstanın NATO-da daimi nümayəndəsi vəzifəsinə təyin edilib.

Bolqarıstan texniki hökumətinin xarici işlər naziri vəzifəsinə isə bundan əvvəl Xarici İşlər Nazirliyinin daimi katibi olmuş İvan Kondov təyin edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər