5 C
Baku
Thursday, February 22, 2024

Bolqarıstanda yeni hökuməti formalaşdırmaq cəhdi ikinci dəfə də nəticəsiz qalıb

Bolqarıstanda reformist “Dəyişikliyə Davam” partiyasının mandatı əsasında yeni hökumət formalaşdırmaq cəhdi ikinci dəfə də nəticəsiz qalıb.

Hökumət başçısı postuna təyin edilmiş keçmiş təhsil və elm naziri Nikolay Denkov parlamentdə keçirilmiş uğursuz səsvermədən sonra hökumət formalaşdırmaq mandatını Prezident Rumen Radevə qaytarıb.

Bu hadisə ölkədə oktyabrda keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi böhranı daha da dərinləşdirib.

Nikolay Denkovun mandatını geri qaytarması ölkədə yeni növbədənkənar seçkilərin keçirilməsi ehtimalı daha da artıb. Belə ki, hökumət formalaşdırılması üçün üçüncü cəhd də uğursuz olacağı təqdirdə növbəti parlament seçkiləri keçirilməli olacaq. Bu isə 2021-ci ilin aprelindən sonra ölkədə keçiriləcək sayca 5-ci seçki olacaq.

Yeni parlament seçkilərinin mart ayında keçirilməsinin mümkünlüyü bildirilir.

Qeyd edək ki, hazırda Sofiyada müvəqqəti kabinet hakimiyyətdədir.

Son xəbərlər
Digər xəbərlər