5 C
Baku
Monday, March 3, 2025

Borc alıb, amma vaxtında hesabatı verməyib – Mərkəzi Bankdan cərimə

Azərbaycan Mərkəzi Bankı cari nəzarət prosesləri çərçivəsində “Legion Financial” ASC-ni hesabatların təqdim olunması və Məlumatların Elektron Açıqlanması Sistemi vasitəsilə ictimaiyyətə açıqlanması qaydalarının pozulmasına görə cərimələyib.

Banker.az xəbər verir ki, lizinq şirkəti İnzibati Xətalar Məcəlləsinin 422-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, bu ilin ilk ayında “Legion Financial” ASC-nin 605 min manatlıq səhmlərinin ticarətə buraxıb. Fevralda, illik 16,5% gəlirliyi olan 1 mln. manatlıq istiqraz buraxıb.

MEAS qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən qanunverciliklə açıqlanması nəzərdə tutulan məlumatların qəbulu, mərkəzləşdirilmiş qaydada saxlanılması və ictimaiyyətə açıqlanması üzrə vahid məlumat resursudur.

MEAS-ın məqsədləri:

  • investorlara və qiymətli kağızlar bazarının digər iştirakçılarına dəqiq və dolğun məlumatların çatdırılması;
  • açıqlanan məlumatların mərkəzləşdirilmiş qaydada saxlanılması;
  • investorlarla informasiya əlaqəsinin effektivliyinin artırılması;
  • məlumatların bir mənbədən və ödənişsiz qaydada əldə edilməsi;
  • məlumatlara nəzarətin effektivliyinin təmin edilməsi və informasiya asimmetriyasının aradan qaldırılması.

 

Son xəbərlər
Digər xəbərlər