11 C
Baku
Saturday, November 16, 2024

Borca görə ölkədən çıxışı qadağan olanlar üçün yeni elektron xidmətlər quraşdırılıb

Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci terminalında xüsusi elektron ədliyyə köşkləri quraşdırılıb.

Banker.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, onun vasitəsilə müxtəlif borclara, o cümlədən vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslər haqqında məlumat əldə etmək mümkün olacaq.

Artıq vətəndaşların öz borclarını ödəməsi ilə ölkədən çıxış məhdudiyyətinin avtomatlaşdırılmış qaydada aradan qaldırması reallaşdırılır. Bundan başqa, ədliyyə köşklərində yetkinlik yaşına çatmamış şəxslərin ölkədən getməsi üçün razılıq ərizələrini də əldə etmək mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər