Bu gün Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclası keçirilir.
Banker.az xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyində 10 məsələ var.
MM-in Əmək və sosial siyasət komitəsinin gündəliyində 14 məsələ var ki, onlardan biri “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” yeni qanun layihəsidir.
Sonuncu sənəddə Azərbaycan prezidenti İlham Əliyev MM-ə əhalinin məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borclarının, eləcə də, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyalarının silinməsini təklif edib.