6 C
Baku
Monday, December 16, 2024

Borclu restoran və mağazaların əmlakı siyahıya alındı

Borclu vergiödəyicilərin əmlakı siyahıya alınıb.

Vergilər Nazirliyindən verilən məlumata görə, Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu, general Akim Abbasov küçəsi, ev 15 ünvanda yerləşən, “Database” MMC-yə məxsus “Şərq” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib.

Vergi orqanları tərəfindən vergiödəyicinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin sentyabr 7-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.

Səbayel rayonu, Nizami küçəsi, ev 96 ünvanda yerləşən, “Tam xarici investisiyalı “Barakalı” LTD” MMM-ə məxsus “Zirvə elektrik” mağazasında əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergiödəyicinin 11 666 manat vergi borcu müqabilində obyektdəki 12 000 manat dəyərində müxtəlif növ elektrik malları müvafiq qaydada siyahıya alınıb.

Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanda yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında əmlakın siyahıya alınmışı tədbirləri keçirilib, vergiödəyicinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.

virtualaz.org

Son xəbərlər
Digər xəbərlər