9 C
Baku
Friday, December 13, 2024

Borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması proseduru dəyişir

Borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı prosedura dəyişiklik edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğlərinin Vergi Məcəlləsinin 88-ci maddəsində qeyd edilən vergilər üzrə borcların ödənilməsi ardıcıllığından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrı ödəniləcək.

Məhkəmə təcrübəsi göstərir ki, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair məhkəmə işlərində borclu vergi ödəyicisi iddia məbləğini tam şəkildə sübuta yetirən ödəniş qəbzlərini məhkəməyə təqdim etdikdə məhkəmə borcun ödənildiyini əsas gətirərək iş üzrə icraata xitam verir. Lakin borcun ödənilmə ardıcıllığı pozulduğundan, vergi orqanının müvafiq qərarı icra olunmamış qalır. Bu da inzibati orqanla həm vergi ödəyicisi arasında həm də məhkəmə arasında narazılığa səbəb olur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər