6 C
Baku
Sunday, December 15, 2024

Borcunu qaytarmamaq üçün 2 il komada yatdı

Qonşusunu aldadan kişi məhkəməyə çıxmamaq üçün 2 il komadaymış kimi rol oynayıb.

Uelsdə yaşayan 3 uşaq atası 47 yaşlı Alan Nayt qonşusunu aldatdığı ortaya çıxmasın deyə iki il komadaymış kimi davranaraq hamını aldadıb.

Svansea şəhərində yaşayan bu kişi qonşusundan 40 min funt sterlinq alıb qaytarmadığına görə çağırıldığı məhkəməyə çıxmamaq üçün 2 il komada yatıb.

Polisin də ondan şübhələndiyini görün kişi boynunu yaralayaraq iflic olduğunu və tez- tez komaya girdiyini deyib. Məhz buna görə, dələduz Nayta dövlət tərəfindən böyük miqdarda maddi yardım göstərilib.

Sonda komada olduğu iddia edilən kişinin bu müddət ərzində market şəbəkələrindən birinə məxsus üzvlük kartından istifadə edərək alış-veriş etdiyi müəyyən olunub.

Hakim məhkəməyə əlil arabasında gələn kişinin yaxşı aktyor olduğunu, ancaq bu etdiyinin qanun pozuntusu olduğunu deyib.

BizimYol

Son xəbərlər
Digər xəbərlər