22 C
Baku
Friday, April 19, 2024

Borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaq

Borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Mülki Məcəlləyə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, hazırda borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunub.

Dəyişikliyə əsasən, bu tələb aradan qaldırılıb. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək. Eyni zamanda borcverənin borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququnun tanınması da təmin ediləcək. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin məbləği və hesablanma qaydası tərəflərin razılaşma qaydası ilə müəyyən ediləcək. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa, müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin faizin və məbləğin hesablanma qaydası və müddəti qanunla tənzimlənəcək. Faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunacaq.

Bankın və digər kredit təşkilatının borc (kredit) verməsilə digər şəxslərin borc verməsi differensiasia olunur. Belə ki, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növüolaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər. Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək.

Son xəbərlər
Digər xəbərlər