20 C
Baku
Wednesday, April 24, 2024

Boris Conson barəsində etimad səsverməsi keçirilə bilər

Böyük Britaniyanın baş naziri Boris Conson barəsində etimad səsverməsi proseduru iyunun 6-da işə salına bilər.

Bu barədə Britaniya mətbatı yazır.

Qeyd olunur ki, bu barədə hakim Mühafizəkar partiyasının parlament qrupunun açıqlama verəcəyi gözlənilir.

Etimad səsverməsinin baş tutması üçün Mühafizəkar partiyasından 54 nəfər deputatın baş nazirin istefasını tələb etməsi kifayət edir.

Xatırladaq ki, baş nazir B.Conson koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan sərt qapanma zamanı ziyafətlər təşkil etməkdə ittiham olunur.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər