11 C
Baku
Wednesday, December 11, 2024

Boris Conson: “Britaniya indiyədək 2000-dən çox əfqanı evakuasiya edib”

“Taliban” Əfqanıstanda nəzarəti ələ keçirəndən bəri Britaniya bu ölkədən 2000-dən çox əfqanı evakuasiya edib.

Bu barədə Britaniyanın baş naziri Boris Conson parlamentdə Əfqanıstandakı böhranla bağlı müzakirələr zamanı deyib.

“Təxliyyə proqramımız çərçivəsində bu günə qədər 306 Britaniya vətəndaşının və 2052 Əfqanıstan vətəndaşının təhlükəsiz şəkildə geri dönməsini təmin etmişik”, -deyə o bildirib.
Baş naziri 2000 Əfqanıstan vətəndaşının müraciət ərizəsinin tamamlandığını və prosesin davam etdiyini əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər