10 C
Baku
Thursday, December 12, 2024

Boris Conson həyat və ölüm astanasında olduğunu etiraf edib

Böyük Britaniyanın hökumət başçısı Boris Conson etiraf edib ki, baş nazir ofisinin əvvəlcə inkar etməsinə baxmayaraq, reanimasiyada onun vəziyyəti həyat və ölüm astanasında balanslaşmışdı.

Bunu Boris Conson ötən bazar günü xəstəxanadan çıxdıqdan sonra videomüraciətində deyib. “Mən çarpayımın yanında 48 saat dayanan iki tibb bacısını xüsusi qeyd etmək istərdim. Yeni Zelandiyadan olan Cenni və Portuqaliyadan olan Luis mənim vəziyyətimi gecə hər saniyə izləyib və lazımı tibbi müdaxilə ediblər ki, orqanizmim yetərincə oksigen ala bilsin”, – deyə Baş Nazir bildirib.

Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. O, özünü izolyasiya etsə də, işləməkdə davam edib. Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Bundan iki gün sonra xəstəxanaya yerləşdirilən Boris Consonun vəziyyəti ağırlaşıb və o, aprelin 6-da axşam reanimasiyaya köçürülüb.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər