27 C
Baku
Saturday, April 27, 2024

Boris Conson istefa verməyəcəyini açıqlayıb

“Açığını desəm çətin şəraitdə baş nazirin işi ona verilən mühüm mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”.

Bunu Britaniyanın Baş Naziri Boris Conson Parlamentdə deputatların suallarını cavablandırarkən deyib. Mühafizəkarlar partiyasının millət vəkili Tim Loughton Boris Consondan onun hansı şəraitdə istefa verəcəyini soruşub.

Boris Conson bildirib ki, o, hökumətə verilən mandatı davam etdirməyin və yerinə yetirməyin mümkün olmadığı hallarda istefa verərdi: “Ya da Ukrayna xalqını dəstəkləyə bilməyəcəyimizi hiss etsəydim o zaman istefa verərdim. Ancaq açığını desəm çətin şəraitdə baş nazirin işi ona verilən mandatı davam etdirməkdir. Mən də elə edəcəyəm”, deyə o, açıqlamasında bildirib.

Qeyd edək ki, dünən Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmadığını əsas göstərərək istefa verib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər