-1 C
Baku
Sunday, December 15, 2024

Boris Conson “taliblər”lə razılaşmağa hazır olduğunu bildirib

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Birləşmiş Krallıq ehtiyac olduğu halda “Taliban” hərəkatı ilə razılaşmağa hazırdır.

Bu barədə “Reuters” bildirib.

“İnsanları əmin etmək istəyirəm ki, əlbəttə əgər lazımdırsa, “Talibanla” iş vasitəsilə Əfqanıstan üçün qərarın axtarışı üzrə siyasi və diplomatik səylərimiz davam ediləcək”, – Conson deyib.

Hökumət başçısı qeyd edib ki, Böyük Britaniya son altı gündə Əfqanıstandan 6 115 insanı təxliyə edib. Onlardan 320-si Əfqanıstan səfirliyinin əməkdaşı, 402-si krallığın vətəndaşlarıdır.

Daha əvvəl Böyük Britaniya ordusunun Baş Qərargahının rəhbəri “taliblər”lə əməkdaşlıqdan danışıb.

Qeyd edək ki, avqustun 15-də “taliblər” Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti ələ keçirdiklərini elan ediblər. Onlar Kabildə dövlət televiziyasını nəzarət altına alıblar və öz müraciətlərində vətəndaşları sakitliyə çağırıblar.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər