6 C
Baku
Saturday, December 14, 2024

Borrel: Aİ-nin qapısı Gürcüstan üçün açıqdır

Gürcüstan Avropa Birliyinə namizəd statusunu əldə etmək üçün 12 şərtdən doqquzunu yerinə yetirməlidir, bunu təşkilatın xarici siyasət komissarı Josep Borrel Tbilisidə deyib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri bəyan etmişdi ki, Gürcüstan ittifaqa daxil olmaq üçün “müəyyən işlər görməlidir”. Eyni zamanda o qeyd edib ki, “Avropa İttifaqının qapısı Gürcüstan üçün açıqdır”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Borrel ilə danışıqlardan sonra bildirib ki, Aİ-nin 2022-ci ildə Gürcüstana icmaya üzv olmaq üçün namizəd statusunun verilməsindən imtina barədə qəbul etdiyi qərar ədalətsizdir. Gürcüstan ittifaqa üzv olmaq üçün ötən il martın 3-də müraciət edib.

2022-ci ilin yayında Avropa İttifaqı Ukrayna və Moldovaya təşkilata üzv olmaq üçün namizəd statusu verib. Daha sonra Avropa Şurasının sədri Çarlz Mişel Gürcüstanın da bir sıra şərtləri yerinə yetirdikdən sonra namizəd statusu ala biləcəyinə aydınlıq gətirib.

Son xəbərlər
Digər xəbərlər