“Əlbəttə, Avropa İttifaqının (Aİ) sanksiyaları Ukraynadakı münaqişəni bir gecədə dayandırmayacaq, lakin onlar Rusiya üçün çoxlu iqtisadi problemlər yaratmalıdır”.
Bunu Avropa diplomatiyasının başçısı Jozep Borrel Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
O, Rusiyaya qarşı sanksiyaların “işlədiyini” vurğulayıb və bunun əksini söyləyən xəbərləri dezinformasiya adlandırıb.