1 C
Baku
Saturday, December 14, 2024

Borrel: “Ukrayna ilə Rusiya arasındakı müharibə yeni mərhələyə qədəm qoyub”

“Ukrayna ilə Rusiya arasındakı müharibə yeni mərhələyə qədəm qoyub”.

Bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

“Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatları nəticəsində strateji balans dəyişib. Avropa Ukraynanı dəstəkləyir, Rusiyaya qarşı sanksiyaları davam etdirir. Beləliklə, Kreml üstünlüyü itirir”, – o vurğulayıb.

Diplomatın sözlərinə görə, Ukrayna heyranedici nailiyyət əldə edir: “Bir çox şəhər və kənd azad edilib. Rusiya qoşunları geri çəkilməyə məcbur edilib. Ukraynanın əks-hücum əməliyyatlarının nə qədər davam edəcəyini demək olmaz. Amma strateji tarazlığın dəyişdiyi aydındır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər