6 C
Baku
Sunday, December 15, 2024

Borrell: Rusiya qazını sata bilmir

Rusiya öz təbii qazını sata bilmir.

Bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ABŞ-ın German Marşal Fondu tərəfindən təşkil olunan iqlim və təhlükəsizliklə bağlı müzakirədə deyib.

“Rusiya qazını bizə sata bilmir və onların qazını alacaq başqa heç kim yoxdur. Onlar sadəcə bu qazı yandırır. Peyk şəkilləri göstərir ki, qaz çıxarılır və sadəcə yandırılır. Bu da böyük miqdarda metan qazının havaya buraxılmasıdır. Yəni bizim almadığımız qazı sadəcə yandırırlar, çünki Rusiyanın alternativ müştərisi yoxdur”, – o qeyd edib.

Borrell əlavə edib ki, müharibə iqlim dəyişikliyi ilə mübarizə üçün pis xəbərdir: “Bu gün biz Rusiya ilə iqlim dəyişikliyi barəsində danışa bilmirik, çünki indi onların prioriteti başqadır”.

Son xəbərlər
Digər xəbərlər