13 C
Baku
Wednesday, May 8, 2024

Borrell: Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına aparır

Ukraynadakı münaqişə yeni dünyanın yaranmasına və Avropa İttifaqının (Aİ) yenilənməsinə aparır.

Bunu bu gün Belçikanın Brügge şəhərində Avropa Diplomatik Akademiyasının açılışında Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell çıxışı zamanı deyib.

O qeyd edib ki, “soyuq müharibə”dən sonrakı dövr artıq başa çatıb.

“Rusiyanın Ukraynaya hücumu və Ukraynada müharibənin başlanması ilə “soyuq müharibə”dən sonrakı vəziyyət dəyişib. Biz hazırda yeni dünyanın yaranması dövrünü yaşayırıq, çünki bu müharibə bir çox məsələni və əlbəttə ki, Avropa İttifaqını dəyişir. Bu müharibə başqa bir Avropa İttifaqı yaradacaq”, – Borrel vurğulayıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər