13 C
Baku
Tuesday, May 7, 2024

Bosniya və Herseqovinanın əhalisi kəskin azalıb

Bosniya və Herseqovinanın əhalisi 2013-cü ildən bəri 1 milyon nəfər azalıb.

Ölkədə 2013-cü ildə keçirilən son siyahıyaalmanın nəticələrinə əsasən, əhalinin sayı 3 milyon 531 min nəfər olub.

Mütəxəssislər 1996-cı ildən bəri Bosniya və Herseqovinada doğulan və ölənlərin sayına əsaslanaraq təbii artımın mənfi olduğunu və ölümlərin isə daha çox artdığını qeyd edirlər. Hesablamalar göstərir ki, əvvəlki siyahıyaalma ilə müqayisədə ölkə əhalisinin sayında təxminən bir milyon nəfər azalma var.

Qeyd edək ki, Bosniya və Herseqovinada gələn il siyahıyaalmanın keçirilməsi gözlənilmir. Ölkədə sonuncu siyahıyaalma ilə daha əvvəlki siyahıyaalma arasında isə 22 il vaxt olub.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər