10 C
Baku
Wednesday, December 11, 2024

“Boston matrisası” nədir?

Boston matrisası – məhsul portfelinin idarə edilməsi üçün istifadə edilən qeyri-formal marketinq alətidir. Bu şirkətin sahib olduğu bütün məhsulları gəlirlilik və gələcək potensialı nöqteyi-nəzərindən təsnifləşdirməyə imkan verir.

Keçən əsrin 70-ci illərində Boston konsaltinq qrupu tərəfindən yaradılan matrisa tez bir zamanda marketoloqların rəğbətini cəlb edir. Bu matrisa sadə və aydındır və cəmi 2 kriteriya əsasında məhsul portfelini sistemləşdirməyə imkan verir.

Bu iki kriteriya isə bunlardır:

  • Bazar seqmentinin inkişaf dinamikası;
  • Sözügedən məhsulun rəqiblərinə nisbətdə bazardakı payı.

Birinci kriteriya bazarın perspektiv və cəlbediciliyini, ikinci isə istehsalatın özünün cəlbedicilik və  gəlirliyini qiymətləndirməyə imkan verir.

“Boston matrisası” necə təşkil edilib?

Şirkətin bütün məhsul və yaxud bölmələrini 4 qrupa bölməklə təsnifləşdirmək mümkündür.

İtlər

Azalan bazar seqmentində aşağı paya sahib olan məhsullar pul vəsaitlərini “yemək”-lə məşğuldur, nəinki onları artırmaqla. Bu məhsulların nə indiki dövrü, nə də gələcəyi var.

Südlük inəklər

Bazarın əhəmiyyətli hissəsi, lakin seqmentin özü azalmaqdadır. Məhsul və ayxud bölmə əhəmiyyətli dərəcədə gəlir gətirir, lakin bazarın azalması səbəbindən perspektivdə inkişaf etmir.

Suallar və yaxud problemli uşaqlar

Bazarın perspektivli, inkişaf edən seqmenti. Lakin problemli uşağın özü hələ ki, gəlir gətirmir, çünki onun payı çox azdır. Nəyə görə sual işarəsi? Çünki hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlum deyil. Problemli uşağın bazar payını artırmaq mümkün olduqda o “ulduz” ola bilər. Lakin bununla yanaşı bazar payı uzun müddət artmaqdıqda, bazar seqmentinin özü isə illərlə aktuallığını itirsə və azalmağa başlasa o “itə” də çevrilə bilər.

Ulduzlar

İnkişaf edən perspektivli bazarda böyük pay! İstənilən marketoloqun arzusu. Belə bir ulduzun həm indiki dövrü, həm də gələcəyi var.

Boston matrisasından necə istifadə etmək olar?

Aədətn məhsulun və yaxud biznesin həyat tsikli “sual” (“problemli uşaq”) mərhələsindən başlayır. Zamanla o böyüyür və ulduza çevrilir. Lakin bazar inkişaf edir və görünüşcə dəyişir ki, bu da nisbətən köhnə istiqamətli bazarlarda templərin enməsinə səbəb olur. O “südlük inəyə” çevrilir və öz həyat tsiklini “it” olaraq başa vurur. Boston matrisası şirkətlərə özünün hansı məhsul və bölməsini qoruyub saxlamalı olduğu, hansılara investisiya həcmini artırmalı olduğu, hansılardan isə xilas olmalı olduğunu qərar verməkdə kömək edir. Matrisa aşağıdakı 4 baza strategiyasından istifadə etməyi məsləhət görür:

  • fəal investisiya cəlb edən bazar payını artırmaq (“ulduz” və ola bilsin “sual”-lar üçün);
  • status-kvonu saxlamaq (“südlük inək”-lər və ola bilsin “it”-lər üçün);
  • investisiyanı azaldıb, eyni zamanda gəliri maksimum artırmaqla eyni vaxtda keçmiş səylərin bəhrələrini görmək (“südlük inək”-lər və ola bilsin “it”-lər üçün);
  • lazımsızdan daha doğrusu “itlər”-dən xilas olmaq, sərbəst qalan “sual” və “ulduz”-a yatırım etmək.

Bununla şirkət hansı məhsul və yaxud bölmələrə maliyyə resursu, zaman və zəhmət yatırmaq lazım olduğunu dəqiqliklə təyin edə biləcək.

Son xəbərlər
Digər xəbərlər