12 C
Baku
Wednesday, December 11, 2024

Böyük artım. Azərbaycanın ticarət saldosu $4,53 milyarda çatıb

2019-cu ilin yanvar-oktyabr aylarında Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 27 milyard 436,7 milyon ABŞ dolları ($), o cümlədən ixracın dəyəri 15 milyard 981,4 milyon dollar, idxalın dəyəri 11 milyard 455,3 milyon dollar təşkil edib.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bunun da nəticəsi olaraq ölkənin 4 milyard 526,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. Qeyd edək ki, cari ilin sentyabrına qədər bu rəqəm nəticədə 4 milyard 81,2 milyon dollar idi. 

  •  

Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir. Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 1,3 faiz, o cümlədən idxal 2,8 faiz, ixrac 0,5 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1572,9 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,5 faiz, real ifadədə isə 11,3 faiz çoxdur.

2019-cu ilin yanvar-oktyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 20,1 faiz, şəkər – 45,6 faiz, tütün – 1,8 dəfə, meyvə və tərəvəz şirələri – 30,6 faiz, çay – 7,1 faiz, meyvə və tərəvəz konservləri – 2,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 42,2 faiz, pambıq lifi – 52,4 faiz, emal olunmamış alüminium – 29,1 faiz, polietilen – 10,1 faiz, pambıq ipliyi – 34,9 faiz, bentonit gili – 12,9 faiz artmış, təzə tərəvəz ixracı isə 7,3 faiz, kartof – 7,2 faiz, bitki yağları – 18,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,5 faiz, qara metallardan yarımfabrikatlar – 17,5 faiz, qara metallardan borular – 82,7 faiz azalmışdır.

2018-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2019-cu ilin yanvar-oktyabr aylarında buğda idxalı 46,0 faiz, xam şəkər və şəkər – 1,7 dəfə, təzə meyvə – 2,2 faiz, bitki yağları – 2,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 16,6 faiz, çay – 2,1 faiz, kartof – 36,5 faiz, quş əti və onun əlavə məhsulları – 10,0 faiz, mal əti – 3,2 faiz, təzə tərəvəz – 30,0 faiz, minik avtomobilləri – 1,8 dəfə, polad prokatı – 29,4 faiz, mineral gübrələr – 33,6 faiz, hesablama maşınları, blok və qurğuları – 42,1 faiz, rezin şinlər – 15,6 faiz, avtobuslar – 2,5 dəfə, mebellər – 3,2 faiz, məişət kondisionerləri – 1,6 dəfə, yük avtomobilləri – 1,7 dəfə, polietilen – 20,8 faiz, paltaryuyan maşınlar – 10,1 faiz, qara metallardan künclüklər – 19,5 faiz artmış, siqaret idxalı isə 52,2 faiz, qara metallardan borular – 15,1 faiz, qara metallardan çubuqlar – 18,4 faiz, sement və sement klinkerləri – 20,6 faiz, məişət soyuducuları – 14,0 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər