Böyük Britaniyada fırıldaqçılıq, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə xüsusi qrup yaradılacaq.
Banker.az “Report”-a istinadən məlumat verir ki, qrupa maliyyə naziri Filip Hammond və daxili işlər naziri Sacid Cavidrəhbərlik edəcək. “Santander”, “Lloyds” və “Barclays” banklarının nümayəndələri isə qrupun tərkibində yer alacaq.
S.Cavidin sözlərinə görə, rəsmi London korrupsiyaya qurşanmış fırıldaqçılara qarşı bütün cəbhələrdə addımlar atmaq niyyətindədir.
Yeni antikorrupsiyaya strukturu əsasən Rusiyadan, MDB ölkələrindən, Nigeriyadan və Asiya ölkələrindən gələn pul vəsaitlərinə diqqət yetirəcək.
Britaniya Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə hər il ümumi dəyəri 14,4 milyard funt sterlinqə bərabər olan iqtisadi cinayətlər törədilir.