Böyük Britaniya mətbuatının verdiyi məlumata görə, ölkə 1972-ci ildə Kanadada yerləşdirdiyi xarici hərbi bazasını Omana köçürür.
Banker.az xəbər verir ki, artıq bu həftə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin Omanda təlim proqramının modernləşdirilməsini elan edəcəyi gözlənilir.
Yeni mərkəz Britaniyanın Omanın Dukm şəhəri yaxınlığında yerləşəcək.
Ölkənin Müdafiə Nazirliyinin mənbələrinə istinadən vurğulanır ki, “hərbi bazanın Fars körfəzi regionuna köçürülməsi, Böyük Britaniya hərbçilərinə Ukrayna və Bəhreyn kimi tərəfdaş ölkələrə, eləcə də İran potensial rəqiblərə daha yaxın olmağa imkan verəcək”.