21 C
Baku
Friday, April 26, 2024

Böyük Britaniya hökuməti böyük texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıb

Böyük Britaniya hökuməti Apple, Google, Amazonvə Facebook kimi böyük texnoloji şirkətlərin nizamlanması üçün yeni agentlik yaradıb. Bu barədə Engadgetsaytı xəbər verib. Artıq mövcud olan rəqabət və bazarlar üzrə idarəetmənin (CMA) yeni yaradılmış rəqəmsal bazarlar ilə iş üzrə şöbəsi (DMU) 2021-ci ilin aprel ayından başlayaraq xüsusi kodeksin hazırlanmasına başlayacaq. Həmin kodeks böyük texnoloji şirkətlərə qarşı yeni məhdudlaşdırmalar təyin edəcək və kiçik texnoloji şirkətlər üçün daha yaxşı şəraitlər yaradacaq.

Hazırlanacaq yeni kodeks həmçinin istehlakçılara öz məlumatları üzərində daha çox idarəetməni təqdim edəcək və digər platformalardan istifadə çətinliklərini yaradan məhdudlaşdırıcı halları aradan qaldıracaq. Bunun sayəsində istifadəçilər müəyyən edə biləcəklər ki, onlara personal reklamlar təklif olunsun yoxsa yox. Hazırlanacaq kodeksə riayət edilməsinin təmin olunması üçün DMU böyük texnoloji şirkətlər tərəfindən qəbul edilən qərarları ləğv etmək və ya bloklamaq hüququna sahib olacaq. Bundan əlavə olaraq kodeksə riayət etməyəcək şirkətlərə qarşı maddi cərimələr də təyin ediləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər