COVID-19 pandemiyası səbəbindən qlobal iqtisadiyyatın bir çox sahələrində durğunluq yaşandığına görə Böyük Britaniya iqtisadiyyatı apreldə aylıq müqayisədə rekord səviyyədə – 20,4% azalıb.
“Reuters”ə verdiyi məlumata görə, apreldə Böyük Britaniya iqtisadiyyatı illik müqayisədə 24,5% azalıb. Bu ilin I rübündə isə ölkənin ÜDM-i 2019-cu ilin IV rübü ilə müqayisədə 10,4% azalıb.
Təkcə aprel ayında dominant olan xidmət sektorunda məhsul istehsalı 19%, sənaye sektorunda 24%, tikinti sektorunda isə 50% azalıb.