10 C
Baku
Thursday, December 12, 2024

Britaniya Rusiyadan almaz idxalını qadağan edəcək

Böyük Britaniya Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli 86 nəfərə və şirkətə qarşı sanksiya tətbiq edəcək. Bundan əlavə, London Rusiyadan mis, nikel, alüminium və almazların idxalına qadağa qoyacaq, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Sanksiyaların bu gün, mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində elan ediləcəyi gözlənilir. Londonun elan etdiyi məhdudiyyətlərin 4 milyard dollar (3.2 milyard funt sterlinq) həcmində almaz ixracını “donduracağı” güman edilir. Cənab Sunakın sözçüsü deyib ki, Böyük Britaniya hökuməti G7 tərəfdaşlarının da bu həftə sonu “Moskvaya qarşı güc nümayiş etdirmək üçün” sanksiyalar elan edəcəyini gözləyir.

G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) sammiti mayın 21-dək davam edəcək. “The Economic Times” yazır ki, G7 ölkələri dünyanın ən böyük almaz istehsalçılarından biri olan Rusiyanın “Alrosa” şirkətinə qarşı sanksiyalar tətbiq edə bilər. G7 ölkələrinin Rusiya brilyantlarının ticarətini məhdudlaşdıra biləcəyi faktı “Bloomberg” tərəfindən də təsdiqlənib.

Son xəbərlər
Digər xəbərlər