25 C
Baku
Monday, June 10, 2024

Böyük Britaniya “torba vergisi” ikiqat artırılır

Xalq arasında “torba vergisi” adlandırılan bu verginin tətbiqinə qədər britaniyalılar ildə orta hesabla adambaşına 140 plastik paket işlətdikləri halda, verginin tətbiqindən sonra bu göstərici 19-a enib.

Banker.az bildirir ki, Böyük Britaniya hökuməti ətraf mühitin qorunması tədbirləri çərçivəsində plastik torbalar üçün tutulan vergini 10 pensə qaldırmağı planlaşdırır. Bu torbalar üçün verginin tətbiqinə 2015-ci ildə başlanılıb və hazırda hər torba üçün vergi 5 pens (11 qəpik) təşkil edir.

Böyük Britaniyanın ətraf mühit naziri Maykl Houv deyib: “Biz indiyədək dövriyyədən 15 milyard plastik torba çıxarmışdıq və bunu davam etdirmək istəyirik”

Son xəbərlər
 ⁠
Digər xəbərlər