Böyük Britaniya hökuməti Ukraynaya əlavə hərbi, iqtisadi və humanitar yardım göstərmək üçün 1,3 milyard funt sterlinq (1,6 milyard dollar) ayıracaq.
Bu barədə Böyük Britaniya Xəzinədarlığının rəhbəri Rişi Sunakın yaydığı bəyanatda deyilir.
“Biz Ukrayna xalqına dəstəkdə sadiqik. Əlavə 1,3 milyard funt-sterlinq onların ehtiyac duyduğu hərbi və əməliyyat dəstəyini təmin etməyə kömək edəcək. Biz bu münaqişəyə son qoymaq üçün yorulmadan çalışırıq”,- deyə bəyanatda bildirilir.