Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanmasının ildönümündə Böyük Britaniya hökuməti Kiyev üçün yeni yardım paketi açıqlayıb. Bu barədə krallığın hökumət saytında məlumat verilib.
Britaniya elektrik şəbəkələrinin təmiri və əlavə enerji istehsal güclərinin yaradılması üçün 20 milyon funt sterlinq ayıracaq. Ön cəbhə bölgələrində yaşayan əhaliyə humanitar yardım, təxliyə və qaçqınlara dəstək məqsədilə 5,7 milyon funt sterlinq ayrılacaq. Ədliyyə sisteminə dəstək üçün isə 30 milyon funt sterlinq nəzərdə tutulub.
Hökumət həmçinin bildirib ki, ukraynalı pilotlar təlimatçı ixtisası almaq üçün Britaniya hərbi aviabazasında təlimlərə başlayıblar. Bu, Böyük Britaniyanın ukraynalıları digər pilotlara helikopter idarə etməyi öyrədə bilmələri üçün hazırladığı ilk haldır. Bundan əlavə, Böyük Britaniya Ukraynada tibbi personalın hazırlanması ilə də məşğuldur.







