9 C
Baku
Friday, December 13, 2024

Böyük Britaniya və Avstraliya azad ticarət sazişi imzaladılar

Böyük Britaniya və Avstraliya “tarixi” azad ticarət sazişi imzalayıblar. London sövdələşməsinin ölkə iqtisadiyyatını stimullaşdıracağı və maaşların artmasına gətirib çıxaracağı gözlənilir.

Banker.az xəbər verir ki, razılaşma Britaniya hökuməti tərəfindən açıqlanıb. Mətbuatda verilən məlumata görə, müqavilənin şərtlərinə aşağıdakılar daxildir:

– Böyük Britaniya firmalarına ildə əlavə 10 milyard funt sterlinq dəyərində Avstraliya dövlət sektoru müqavilələrinə çıxış imkanı;

– gənc Britaniya səyahətçilərinə münasibətdə Avstraliyaya üç il müddətinə viza məhdudiyyətlərinin aradan qaldırılması;

– memarlar, alimlər, tədqiqatçılar, hüquqşünaslar və mühasiblər də daxil olmaqla, Böyük Britaniyanın xidmət sektorunun işçilərinə iş vizalarının verilməsi;

– Böyük Britaniya üçün bütün ixrac rüsumlarının aradan qaldırılması və bununla da qiymətlərin aşağı düşməsi, xüsusən də avtomobillərin və şotland viskisinin ucuzlaşması.

“Bu müqavilə Böyük Britaniyanın güclü tərəfləri nəzərə alınmaqla bağlanıb və oradakı bizneslərə, ailələrə və istehlakçılara həyat standartlarını yaxşılaşdırmağa kömək edir”, – deyə Böyük Britaniyanın xarici ticarət departamentinin rəhbəri söyləyib.

Qeyd edək ki, bu, Böyük Britaniyanın Avropa İttifaqından çıxdıqdan sonra ilk ticarət sazişidir. Razılaşma iyun ayında Böyük Britaniyanın baş naziri Boris Conson ilə avstraliyalı həmkarı Skott Morrisonun görüşündən sonra əldə edilib.

Sentyabrın ortalarında Böyük Britaniya, Avstraliya və ABŞ AUKUS müdafiə alyansının yaradıldığını elan ediblər. Müqavilə Avstraliyanın Amerika nüvə sualtı qayıqları ilə təchiz olunmasını nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər