Böyük Britaniyada qeyri-kommersiya təşkilatı olan “4 Day Week Global” tərəfindən ötən ilin iyun ayından başladılan və 3000-dən çox işçinin 6 ay ərzində həftədə 4 gün işlədiyi pilot proqramı davam edir. Göstəricilər 6 aylıq sınaq müddətində əksər şirkətlərdə məhsuldarlığın sabit qaldığını və ya artdığını ortaya qoyub.
Həftədə 4 gün işləmək layihəsində iştirak edən 73 şirkətdən 41-ində pilot tətbiqetmənin yarısında sorğu keçirilib. Banker.az xəbər verir ki, sorğuda iştirak edənlərin təxminən 86%-i pilot proqram bitəndən sonra həftədə 4 gün işləmək rejimini davam etdirəcəklərini bildirib. Şirkətlərin 95%-i 4 gün iş rejimində məhsuldarlığın eyni qaldığını və ya artdığını qeyd edib.
Bu ilin sonunda başa çatacaq pilot proqramın nəticələrini Kembric Universiteti, Oksford Universiteti və Boston Kollecinin tədqiqatçıları qiymətləndirəcək.
Qeyd edək ki, 2021-ci ildə İslandiyada tədqiqatçılar dünyada indiyə qədərki ən böyük həftədə 4 günlük iş rejimi sınaqdan keçirilmişdi və pilot layihənin sonunda tədqiqatçılar bu sınağın böyük müvəffəqiyyətlə nəticələndiyini bildirmişdilər. İslandiya 4 günlük iş rejiminin Böyük Britaniyada da sınaqdan keçirilməyini tövsiyə etmişdi.