12 C
Baku
Wednesday, December 11, 2024

Böyük Britaniyada dekabrdan koronavirusla mübarizədə yeni mərhələ başlayacaq

Böyük Britaniya dekabrın 2-dən etibarən koronavirusla mübarizədə yeni mərhələyə başlayacaq.

Ölkə ərazisində 3 mərhələli plan həyata keçiriləcək. Əksər bölgələr yüksək risk qrupunda olacaq. Mançester, Lids, Şeffild, Lankaşayr, Leysterr, Linkolnşayr, Sloh, Bristol, Kent, Midvey və Çesterfild daxil olmaqla 21 bölgə epidemiyanın yüksək təhlükə olaraq görüldüyü və ən sərt tədbirlərin tətbiq ediləcəyi üçüncü qrupda olacaq.

London və Liverpul da daxil olmaqla bir çox bölgə, müəyyən edilmiş üç risk səviyyəsindən ikincisi olan orta təhlükə qrupundadır.

Epidemiya təhdidinin daha az görüldüyü ilk qrupda isə yalnız üç bölgə var – Vayt adası, Kornvoll və Silli adaları. Buralarda son bir həftə ərzində heç bir hadisə qeydə alınmayıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər