6 C
Baku
Sunday, December 15, 2024

Böyük Britaniyada inflyasiya 30 ilin maksimumuna qalxdı -Funt sterlinq bahalaşır

Böyük Britaniyada istehlak qiymətləri indeksi proqnozları bir qədər də üstələyərək 1992-ci ildən bu tərəfə maksimuma çıxdı.

Banker.az xəbər verir ki, ölkədə 2022-ci ilin yanvarında orta inflyasiya 5.5% təşkil edib, bu da proqnoz edilmiş 5.4%-i üstələməsi deməkdir.

Ölkədə dekabr ayı üzrə orta illik inflyasiya 5.4% təşkil edirdi.

Yeri gəlmişkən, bu birjalar üçün yüksək əhəmiyyət daşıyan göstəricidir.

Yanvarda ölkədə baza orta illik inflyasiyası isə 4.4% olmuşdur (öncəki ayda: 4.2% idi) ki, bu da proqnozları (4.3%) üstələyir.

Törəmə maliyyə alətləri buna dərhal reaksiya verdi. Məsələn, Forex bazarında B.Brtaniya valyutası sterlinq (GBP) xeyli dəyər qazana bildi. GBP/USD cütlüyünün məzənnəsi 0.24% artımla 1.3567 səviyyəsinə çatdı.

İngilis funt sterlinqinin bahalaşmasına səbəb ölkənin mərkəzi bankı olan İngiltərə Bankı (BoE) növbəti iclasda inflyasiya artımını cilovlamaq üçün faiz artımına gedə biləcəyi ehtimallarıdır. Halbuki BoE qiymət artımlarına reaksiyası adətən səbirli olur. Bir qədər gözləmə mövqeyindən sonra adekvat addımı atır.

Son xəbərlər
Digər xəbərlər