12 C
Baku
Wednesday, December 11, 2024

Böyük Britaniyada intihara qarşı mübarizə üzrə nazir təyin edilib

Böyük Britaniyanın Baş naziri Tereza Mey tərəfindən Jaklin Doyl-Prays intihara qarşı mübarizə üzrə nazir vəzifəsinə təyin olunub.

Banker.az Report-a istinadən xəbər verir ki, “The Quardian” qəzetinin yazdığına görə, bu tədbir cəmiyyətdə bərqərar olunan və insanların bu kimi vəziyyətlərdə yardım istəmələrinə əngəl yaradan stereotipləri aradan qaldırmağa yönəlib.

Daha əvvəl səhiyyə nazirinin müavini və parlamentin deputatı vəzifələrində işləmiş Jaklin Doyl-Prays indi psixi sağlamlığın qorunması, bərabərsizlik, intihara qarşı mübarizə üzrə nazir vəzifəsini tutur.

Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, ötən il ölkədə 5281 intihar hadisəsi baş verib. 45 yaşınadək kişilər arasında ölüm hadisələri əsasən intihar halları ilə baş verir.

Son xəbərlər
Digər xəbərlər