Böyük Britaniyada investorlar “Binance” kriptobirjasına qarşı $200 milyonluq iddia qaldırıblar

Təxminən 1 700 britaniyalı investor “Binance” kriptobirjasına qarşı məhkəmə iddiası qaldırıb. Onlar şirkətin tənzimləyicinin icazəsi olmadan riskli və mürəkkəb törəmə maliyyə alətlərini satdığını iddia edirlər. Bu barədə “Reuters” məlumat yayıb.

Söhbət, xüsusilə, “Binance”nin Böyük Britaniyanın maliyyə qanunvericiliyini pozaraq təşviq etdiyi iddia olunan kredit (leverec) məhsullarından gedir.

İnvestorların sözlərinə görə, bu məhsullar nəticəsində onlar on minlərlə funt sterlinq məbləğində zərərə məruz qalıblar.

İddiaçılar təxminən 150 milyon funt sterlinq, yəni təxminən 200 milyon dollar məbləğində kompensasiya tələb edirlər.

“Binance” məhkəmədə özünü müdafiə edəcəyini bildirib, lakin qaldırılan iddianı şərh etməkdən imtina edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər