1 C
Baku
Saturday, December 14, 2024

Böyük Britaniyada özü-özünü idarə edən elektrikli avtobus sınaqdan keçirilir

Böyük Britaniyanın Kembric şəhərində ilk özü-özünü idarə edən elektrikli avtobusun sınaqlarına başlanılıb. Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir. Bildirildiyi kimi, avtobus 10 nəfər sərnişin daşıya və 32 km/s sürətlə 161 km məsafə qət edə bilir.

Tamamilə elektrikli olan bu nəqliyyat vasitəsi ştatdan kənar halların qarşısını almaq məqsədilə operatorun iştirakı ilə sınaqdan keçirilib. Onun ilk sərnişinlərindən biri Böyük Britaniyanın nəqliyyat naziri Reyçel Maklin olub.

Elektrikli avtobusun qeyri-adi dizaynı birmənalı olmayan reaksiyaya səbəb olub. Şəhərin küçələrində bu avtobusu görən bəzi insanlar “Twitter”də son dərəcədə təəccübləndirklərini qeyd ediblər. Potensial sərnişinlərdən bəziləri onu “son dərəcədə çirkin” hesab ediblər. Bununla yanaşı, avtobusun korpusu üzəridə Böyük Britaniya bayrağının təsvir edilməsi çox insanın xoşuna gəlməyib. Lakin onu “Transformerlər” filminin qəhrəmanı ilə müqayisə edən istifadəçilər də olub.

Nəşr bildirir ki, “elektrobusun futuristik görünüşü” “Lamborgini” avtomobillərini xatırladır.

Son xəbərlər
Digər xəbərlər