2026-cı ilin ilk yarısında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından Azərbaycana fiziki şəxslər tərəfindən $20,5 milyon pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki $18,7 milyonla müqayisədə 9,3% çoxdur.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, Böyük Britaniyanın Azərbaycana daxil olan ümumi pul baratlarındakı payı 2025-ci ilin ilk yarısındakı 3,5%-dən 2,7%-ə düşüb.
Əks istiqamətdə isə azalma qeydə alınıb. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Böyük Britaniyaya $11,6 milyon pul köçürülüb. Ötən ilin eyni dövründə bu göstərici $12,3 milyon idi. Beləliklə, köçürmələrin həcmi illik müqayisədə 5,7% azalıb.
Bununla belə, Böyük Britaniyanın Azərbaycandan xaricə göndərilən ümumi pul baratlarındakı payı 5,1%-dən 5,6%-ə yüksəlib.
Nəticədə Böyük Britaniya ilə pul baratları üzrə xalis daxilolma $8,9 milyon təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici $6,5 milyon idi. Beləliklə, xalis daxilolma illik müqayisədə 37,7% artıb.
Məlumatlar kapital xarakterli əməliyyatlar nəzərə alınmadan təqdim edilib.







