Dünyanın və Böyük Britaniyanın aparıcı bank qrupu “HSBC” 4 min işçisini ixtisar edəcək.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə bankın etdiyi rəsmi açıqlamada qeyd olunub. Məlumata əsasən ixtisarlar əsasən rəhbət vəzifələr üzrə aparılacaq. Şirkətin maliyyə üzrə direktoru İvn Stivenson işdən çıxarılanlara 650-700 milyon dollar kompensasiya ödəniləcəyini deyib.
Qeyd edək ki, eyni zamanda şirkətin baş direktoru Con Flint vəzifəsindən istefa verib.
©Finans.az