6 C
Baku
Saturday, December 14, 2024

Böyük neft-qaz şirkətinin Azərbaycandakı nümayəndəliyi cərimələnib

Azərbaycan bazarına 24 ildir daxil olan dünyanın neft-qaz xidmətləri üzrə ən böyük şirkət gömrük məsələsinə görə cərimələnib.

Banker.az xəbər verir ki, bu, “Baker Hughes Servıces Internatıonal LLC” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir.

Bununla bağlı Dövlət Gömrük Komitəsi inzibati xəta üzrə protokol tərtib edib. Məsələyə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Xatırladaq ki, İXM-nin 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İXM-nə bu əlavə Prezidentin 28 dekabr 2018-ci il tarixli fərmanı ilə əlavə edilib. Bu Qanun 2019-cu il fevralın 1-dən qüvvədədir.

 

Son xəbərlər
Digər xəbərlər